?>
Qarabağ İslam Torpağıdır

Şuşada İmam Zaman həzrətlərinə (ə.c.f) dua oxuyan Azərbaycanın Mehdi (ə.c.f) Ordusu – Video

Müşahidə edəcəyiniz video hərbiçilərimizə ruh yüksəkliyini bəxş etdirən proqramlardan birinin icrası zamanı qeydə alınıb. Belə ki, videoda qədim Şuşa şəhərinin mərkəzi meydanında yerləşən ən qədim Məscid olan, Yuxarı Gövhər Ağa Məscidində Şuşa Fatehlərinin, Azərbaycan Mehdi Ordusunun əsgərləri Məsciddə Cəmiyyət Namazını qıldıqdan sonra İmam Zaman (Allah Təala şərəfli zühurunu tezləşdirsin) həzrətlərinin duasını oxuyaraq, o həzrətə dua etdiklərini görürük.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, ABŞ, Qərb İttifaqı, işğalçı sionist İsrail rejimi və Rusiya Federasiyasının verdiyi açıq dəstəyi ilə, Ermənistan işğalçı respublikasının Azərbaycan Respublikası əleyhinə başlatdığı İkinci Qarabağ müharibəsində Şiə Azərbaycan Xalqının Hüseynçi əsgər və zabitləri düşmənə layiqli cavabını verərək Azərbaycan Ordusunun Qüdrətini nümayiş etdirmişdir...

Cəmi 44 gün ərzində düşmən qüvvələrinin 30 ilə yaxın müddətdə möhkəmləndirdikləri istehkamlarını darmadağın edərək İslam Torpaqlarının ayrılmaz hissələri olan Azərbaycanın işğal altında olan ərazilərini azad etdilər. Heç şübhəsiz ki, Azərbaycanın şücaətli igidlərinin döyüşlərdə böyük rəşadətlik göstərmələri məhz İmam Hüseyn (əleyi səlam) Məktəbindən aldıqları dərslərdən irəli gəlir...

Onlar, döyüş meydanlarında Allah Təalaya olan bağlılığı, Peyğəmbər (səllaəllahu əleyhi və alih) və Onun Pak Əhli Beytinə (əleyhimus-səlam) olan itaətkarlıqları ilə xristian ermənilərindən seçilirdilər...

Birinci Qarabağ Müharibəsində olduğu kimi İkinci Qarabağ Müharibəsində də işğal olunmuş torpaqların azadlığı uğrunda gedən döyüşlərdə xeyli sayda Şiə ruhanisi və Hüseynçi igidlər Şəhid olub və yaralanmış və qazilik məqamlarına ucalmışlar...

Düşmən qüvvələri ilə üz-üzə döyüşlərdə Şəhid olan Şiə Ruhanilərindən Qum Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının tələbələri olan Höccətül İslam Şeyx Maarif Səfərov və Höccətül İslam Şeyx Elməddin Vəlişovu nümunə çəkə bilərik...

Qum Elmi Hövəsinin İkinci Qarabağ Müharibəsində iştirak etdiyi, vətən sevgisini bütün qəlbi ilə yaşayan azərbaycanlı ruhanilərindən biri də Şeyx Qurbanəli Əliyevdir. O, Şuşa azad olunduqdan sonra Yuxarı Gövhər Ağa Məscidində azan verən, Cümə Namazı qılan ilk hərbçi kimi yadda qalıb. Şeyx Qurbanəli artıq hərbi xidmətdən tərxis olunub və Şuşada yaşananları bir sıra sosial şəbəkələr ilə də bölüşüb.

Şeyx Qurban Əlinin bildirdiyinə görə, Qum Elmi Hövzəsinin Qarabağ Müharibəsində iştirak edən digər Ruhaniləri kimi o da hərbi xidməti boyunca, Azərbaycan hərbiçilərinin ruh yüksəkliyinə səbəb olan proqramlar həyata keçirirmiş. Şəhadət və Cihadın aliliyi barəsində çıxışlar edib, İmamların məzlumiyyətinə mərsiyələr oxuyub, Cəmiyyət Namazları və Cümə Namazlarını bərpa edib, Təvəssül və s duaları oxuyarmışlar...

Müşahidə edəcəyiniz video hərbiçilərimizə ruh yüksəkliyini bəxş etdirən proqramlardan birinin icrası zamanı qeydə alınıb. Belə ki, videoda qədim Şuşa şəhərinin mərkəzi meydanında yerləşən ən qədim Məscid olan, Yuxarı Gövhər Ağa Məscidində Şuşa Fatehlərinin, Azərbaycan Mehdi Ordusunun əsgərləri Məsciddə Cəmiyyət Namazını qıldıqdan sonra İmam Zaman (Allah Təala şərəfli zühurunu tezləşdirsin) həzrətlərinin duasını oxuyaraq, o həzrətə dua etdiklərini görürük.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*