?>
Qarabağ İslam Torpağıdır

Şuşa Fatehləri, Azərbaycan XTD-si Ləbbeykə Ya Zeynəb! deyərək erməni işğalçılarına qarşı vuruşurdu – Video

Azərbaycanın şücaətli igidlərinin döyüşlərdə böyük rəşadətlik göstərmələri məhz İmam Hüseyn (əleyi səlam) Məktəbindən aldıqları tərbiyədən irəli gəlirdi...


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, işğalçı sionist İsrail rejimi, ABŞ, Qərb İttifaqı və Rusiyanın dəstəyi ilə, xristian Ermənistan işğalçı respublikasının Şiə Azərbaycan Respublikası əleyhinə başlatdığı İkinci Qarabağ müharibəsində Hüseynçi əsgər və zabitlərimiz şirin canlarından keçərək torpaqlarımızı geri almağa nail olmuşlar...

Onlar, Allah Təalaya olan bağlılığı, Peyğəmbər (səllaəllahu əleyhi və alih) və Onun Pak Əhli Beytinə (əleyhimus-səlam) olan itaətkarlıqları ilə xristian ermənilərindən seçilirdilər...

Azərbaycanın şücaətli igidlərinin döyüşlərdə böyük rəşadətlik göstərmələri məhz İmam Hüseyn (əleyi səlam) Məktəbindən aldıqları tərbiyədən irəli gəlirdi...

Müşahidə edəcəyiniz videoda Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinə bağlı döyüşçülərimiz Şuşa yaxınlığında qalaraq, Azərbaycan Respublikasının bayrağını dalğalandırmaqla təkbirlər deyir və “Ləbbeykə Ya Zeynəb!” deyərək vətənə və dinə olan bağlılıqlarını nümayiş etdirirlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*