?>
Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – Fələstin və Suriya

Suriyalı və Fələstinli sünni alimlərin Ərbəin ziyarətində zəvvarlara xidmət göstərən Yürüş Çadırı və bu barədə ekslüziv müsahibəsi

Hələbdən olan bu Suriyalı əhli sünnə alimi ABNA Xəbər Agentliyinin müxbirinə verdiyi ekslüziv müsahibəsində vurğulaıb: “İmam Hüseynin (əleyhi səlam) inqilabı Allaha qarşı tuğyan edən üsyançıllara qarşı bir inqilab idi və hər bir azad insan İmam Hüseyndən (əleyhi səlam) nümunə götürür.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, "Neda al-Aqsa" yürüş çadırının təşkilatçılarından olan Şeyx "Məhəmməd Ədib Yaserci" bu çadırla əlaqədar bunları söyləyib: "Bu “Yürüş Çadırı” Suriya, Livan və Fələstindən olan şəxsiyyətlər tərəfindən bir qrup Fələstinli alimlə birlikdə həmrəylik nümayiş etdirmək üçün Nəcəf-Kərbəla yolu üzərində qurulub. Məqsədimiz "İmam Hüseynin (əleyhi səlam) missiyası və Hüseyn (əleyhi səlam) İnqilabına əsaslanaraq Fələstin mövzusunu vurğulamalıdır.”

Hələbdən olan bu Suriyalı əhli sünnə alimi ABNA Xəbər Agentliyinin müxbirinə verdiyi ekslüziv müsahibəsində vurğulaıb: “İmam Hüseynin (əleyhi səlam) inqilabı Allaha qarşı tuğyan edən üsyançıllara qarşı bir inqilab idi və hər bir azad insan İmam Hüseyndən (əleyhi səlam) nümunə götürür.”

O əlavə edib: "Fələstin məsələsi bütün müsəlmanların, dünyadakı azad insanların və şərəfli insanların problemidir və Fələstinlilər Hüseyni təlimlərindən nümunə götürürlər."

Şeyx Məhəmməd Ədib Yasirci Ərbəin zəvvarlarına işarə edərək dedi: “İmam Hüseynin (əleyhi səlam) ziyarətə gələn zəvvarlar adi bir insanın xatirəsini canlandırmırlar, əksinə İlahi dəyərlərin və prinsiplərin simvolu olan bir İnsanı canlandırırlar. Bu dəyərlər və prinsiplər Fələstin məsələsində özünü göstərir.”

Ərbəin zəvvarlarının təhlükəsizliyinin təmin edilməsində Müqavimət blokunun Şəhid komandirlərinin rolu barədə verilən suala cavab olaraq deyib: "Şübhəsiz ki, şəhid general Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisinin Ərbəin zəvvarlarının təhlükəsizliyinin təmin edilməsində böyük rolu olmuşdur. Onlar ön cəbhədə olurdular və bir çox şəhidlər bu komandirlərin kənarında İraqın təhlükəsizliyi üçün canlarını qurban verdilər. Bizim ölkələrimizdə olan hər bir şey qan verən şəhidlərin xeyir-duası sayəsindədir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*