İranın ticarət palatasının sədri deyib: İranın texniki-mühəndislik xidmətlər şirkətləri Suriyanın bərpasında öz imkanlarından istifadə edə bilərlər.
ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın ticarət palatasının sədri Qolamhoseyn Şafei bu gün Tehranda Suriyanın mənzil və ictimiai xidmətlər naziri Suhəyl Muhəmməd Əbdullətif ilə görüşdə əlavə edib: İran-Suriya əlaqələrində nəqliyyat, bank və gömrük sahələrində problemlər vardır ki, iki ölkənin müştərək komitələrində öyrənilməkdədir.
Suriyanın mənzil və ictimiai xidmətlər naziri bildirib ki, Suriya ərazisinin əksər hissəsi terrorçulardan təmizlənibdir. O, deyib: Hazırda iranlı şirkətlər üçün Suriyanın tikinti işlərində həmkarlıq fürsəti yaranıb.
Suhəyl Muhəmməd Əbdullətif vurğulayıb: Suriya bu ölkənin bərpası məqsədilə iranlı şirkətlərin Suriyada iştirakı üçün şərait yaratmağa çalışır.
Bir nümayəndə heyəti ilə Tehrana səfər etmiş Suriyanın mənzil və ictimiai xidmətlər naziri dünən də İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Qolamreza Ənsari ilə görüşmüşdü.
.........
340