Suriya Xəbərləri

Suriya qırıcıları İdlib və Cisr əş-Şuğur üzərində vərəqələr səpdi

Suriya qırıcıları İdlib və Cisr əş-Şuğur üzərində vərəqələr səpdi

Bildiriş vərəqələri vasitəsilə şəhər əhalisindən fürsəti düzgün dəyərləndirərək vətənin isti ağuşuna sığınmaları istənilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya qırıcıları İdlib vilayətində bildiriş vərəqələrini paylaşaraq terrorçulardan təslim olmalarını tələb edib.

Məlumata əsasən, dünən Suriya qırıcıları İdlib şəhəri üzərində bildiriş vərəqələri yayaraq vətəndaşlara müraciət edib.

Bu bildiriş vərəqələri ilə əli silah tutan bütün cavanlara xitab olunaraq, Suriya böhranı həlli ərəfəsində olduğu və “Suriya ordusunun ard-arda qazandığı qələbələri bu böhranın tezliklə sona yetəcəyinə bir dəlildir”-deyə bəyan olunur.

Müxalifətə məxsus "İnəb" veb xəbər səhifəsinin verdiyi məlumata əsasən, bu bildiriş vərəqələri vasitəsilə şəhər əhalisindən fürsəti düzgün dəyərləndirərək vətənin isti ağuşuna sığınmaları istənilib.

Eləcə də bildiriş vərəqələrində Suriya höküməti əleyhinə silahlananlara müraciət olunub:Â “Millət və ölkənin düşmənlərinə xidmət etmək üçün bir vasitə olmayın!... Onlarla təslim olan dostlarından biri kimi sən də təslim ol.”-deyə müraciətlər yönlənmişdir. Bu bildiriş vərəqələri İdlibin qərbindəki Cisr əş-Şuğur şəhərində də yayımlanmışdır.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!