Suriya XİN Konfransının Açılış Mərasimində

Bəşşar Əsəd: İİR, Hizbullah, Rusiya və Çinə təşəkkürümüzü bildiririk. Türkiyə isə siyasi dilənçi rolunu ifa edir

Qərblilərin Suriya planını məğlubiyyətə uğratdıq.

Bəşşar Əsəd: İİR, Hizbullah, Rusiya və Çinə təşəkkürümüzü bildiririk. Türkiyə isə siyasi dilənçi rolunu ifa edir

Bəşşar Əsəd: “Bizim nəzərimizə görə, Türkiyə Rusiya və İİR-la müqayisədə zəmanətçi rolunu oynayır. Türkiyənin rolu terrorçulara zəmanətçilik etməkdən başqa bir şey deyil. Ərdoğan terrorçulara verdiyi dəstəyə görə rüsvay oladuqdan sonra hazırda “siyasi dilənçi” rolunu aparır. Ərdoğanın qüdrət başında qalmasının səbəblərindən biri də, onun Suriyanı viran edilməsindəki birbaşa apardığı roludur...”

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşşar Əsəd bu gün Suriya Xarici İşlər Nazirliyinin təşkil etdiyi konfransın açılış mərasimində çıxış edərək yadellilərin Suriyada iğtişaşlar salıb bu ölkəyə sahib çıxmaq istəklərinə işarə edərək bildirib: “Suriyaya tarix boyu hücumlara məruz qalıb. Hər hansı bir qüvvə Suriyaya yiyələnərsə Yaxın Şərqdə nəzarəti əlinə keçirəcəkdir və hər kəs Yaxın Şərqdə söz sahibiliyinə yiyələnərsə, beynəlxalq səhnədə təsiredici olacaqdır.”

 

İİR, Hizbullah, Rusiya və Çin Suriyaya dəstək verdi

Bəşşar Əsəd terrorizmə qarşı savaşda İran İslam Respublikasının daim Suriyaya göstəridiyi iqtisadi, hərbi və siyasi yardımlara, İslam İnqilabının Böyük Rəhbərinin lütfkarlıqlarına, eyni zamanda Rusiya Federasiyasına və Livan Hizbullah Müqavimət Təşkilatına təşəkkür edərək, deyib: “ Rusi Suriyaya BMT Təhlükəsizlik Şurasında yardımlar edib, Suriya Ordusuna dəstəklər verərək öz hərbiçilərini ölkəmizə göndərdi və hətta bu yolda şəhidlər verdi. Dostlarımızın dəstəyi Suriyanın Müqavimət göstərməyinə kömək etdi. Xamenei həzrətləri və cənab Nəsrullah haqda çoxlu mətləblər yazılacaq və dərc olunacaq. Çinin, Rusiyanın, İİR-ın, Hizbullahın yadımları və Xamenei həzrətlərinin, Hizbullahın, cənab Nəsrullahın əxlaqı haqda çox şeylər yazılacaqdır.

Suriya Dövlətinin Prezidenti bildirib: “Hizbullahın döyüşçüləri Suriya torpaqlarını öz vətəni kimi qoruyub suriyalı əskərlər kimi canla başla döyüşürlər...”

Bəşşar Əsəd cənabları daha sonra müharibənin kimlər trəfindən başlandığına və düşmən tərəfin məkirli planlarının iflasa uğradığına işarə edərək deyib: “Biz Suriyada Qərbin apardığı dominant və hegemon siyasətlər nəticəsində ağır itkilər verdik. Qərbin, İxvanul Muslimin və özlərini siyasi İslam adlandıran digər qruplarla birgə Suriya əleyhinə cızdıqları planların hammısı iflasa uğradı. Lakin döyüş davam edir. Suriya üçün ən xətərli vaxt döyüşün birinci ili idi. Çünki müharibənin ilkin günlərində döyüş tayfalar arasında gedirdi.”

 

Türkiyə siyasi dilənçi rolunu ifa edir

Suriya prezidenti bildirib: “Bizim nəzərimizə görə, Türkiyə Rusiya və İİR-la müqayisədə zəmanətçi rolunu oynayır. Türkiyənin rolu terrorçulara zəmanətçilik etməkdən başqa bir şey deyil. Ərdoğan terrorçulara verdiyi dəstəyə görə rüsvay oladuqdan sonra hazırda “siyasi dilənçi” rolunu aparır. Ərdoğanın qüdrət başında qalmasının səbəblərindən biri də, onun Suriyanı viran edilməsindəki birbaşa apardığı roludur...”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib