?>

Suriya prezidenti cənab Bəşşar Əsəd İmam Xamenei cənabları ilə görüşüb

Suriya prezidenti cənab Bəşşar Əsəd İmam Xamenei cənabları ilə görüşüb

İslam İnqilabının Böyük Rəhbəri: Şəhid Süleymani və SEPAH-ın digər nüfuzlu şəxsləri Suriya məsələsinə müqəddəs bir vəzifə kimi baxıblar

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, bu gün 08 May 2022 tarixdə Ümüdünya Müsəlmanlarının Ali Lideri həzrət Ayətullah Seyyid Əli Xamenei Tehranda Suriyanın prezidenti Bəşşar Əsəd və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

İmam Xamenei həzrətləri xoş və səmimi keçirilən görüşdə Suriyanın siyasi və hərbi meydanlardakı böyük uğurlarına işarə edərək buyurublar: “Bugünkü Suriya, müharibədən qabaqkı Suriyadan fərq edir. Baxmayaraq ki, o zamankı Suriyada xarabalıqlar yox idi amma bu günkü Suriyanın izzət və etibarı keçmişdəkindən qat-qat çoxdur və hamı bu ölkəyə bir qüdrət kimi baxır.”

“Bu gün Suriyanın prezidenti və xalqı region xalqlarının yanında başıucadırlar”- deyə, həzrət Ayətullah Xamenei bildirib və vurğulayıblar: “Bəzi region ölkələrinin başçıları sionist rejimin başçıları ilə görüşür, bir-birilərilə qəhvə içirlər, amma elə həmin bu ölkələrin xalqları Qüds günündə küçələri insanlar və anti-sionist şüarlarla doldururlar və bu, regionun bugünkü reallığıdır.”

Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri həmçinin şəhid marşal Qasım Süleymaninin xatirəsini yad edib və belə söyləyiblər: “O möhtərəm şəhidin Suriyaya ayrı bir diqqəti vardı və sözün əsl mənasında, o, fədakarlıq edirdi. Onun Suriyadakı rəftarı İranın 8 illik Müqəddəs Müdafiəsindəki rəftarından fərqlənmirdi.”

Dünya Müsəlmanlarının Ali Lideri əlavə ediblər: “Şəhid Süleymani və Sepah-ın digər görkəmli şəxsiyyətləri, o sıradan şəhid Həmədani doğrudan da canla-başla səy göstərir və Suriya məsələsinə bir vəzifə və müqəddəs bir məsələ kimi baxırdılar. Bu əlaqə hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edir və biz onun zəifləməsinə imkan verməməliyik, mümkün qədər gücləndirməliyik.”

Həzrət Ayətullahuluzma Xamenei həmçinin ötən illərdə Suriya ilə qarşı cəbhədə duran bəzi ölkələrin hazırda dostluq və məhəbbət ifadə etmələrinə işarə edərək bildiriblər: “Ötən təcrübələrdən istifadə edərək gələcək illərin yolunu aydınlaşdırmaq lazımdır.”

Ayatullah Seyyid Əli Xamenei cənabları Suriya prezidentinin ruh yüksəkliyini dəyərləndirərək, böyük işlər görmək üçün əsas amil hesab edib və buyurublar: “İran İslam Respublikasının prezidenti və hökuməti də həqiqətən aktiv və yüksək əhval-ruhiyyə və iradəyə malikdirlər və Suriya məsələsi ilə bağlı ciddi narahatlıq və motivasiyaya malikdirlər. Bu fürsətdən iki ölkə arasında əlaqələrin daha da yaxşılaşdırılması üçün istifadə edilməlidir.”

Suriya prezidenti cənab Bəşşar Əsəd İran xalqı və dövlətinin mövqe və himayələrinə görə minnətdarlıq ifadə edərək, şəhid Süleymaninin xatirəsini yad edib və söyləyiblər: “İranın ötən qırx ildə region məsələlərində, xüsusən də Fələstin məsələsindəki dayanıqlı mövqeyi və müqaviməti bütün region xalqlarına göstərdi ki, İranın yolu, düzgün və prinsipial bir yoldur.”

Suriya prezidenti qeyd ediblər: “Müharibənin xarabalıqlarını bərpa etmək mümkündür, amma təməllər və prinsiplər dağılarsa, yenidən bərpa oluna bilməz və İran xalqının, sizin səylərinizlə davam edən İmam Xomeyninin təməl və prinsiplərinə uyğun müqaviməti, İran xalqının və region xalqlarının, xüsusən də fələstinlilərin böyük qələbələr əldə etməsinə yol açır.”

Cənab Bəşşar Əsəd əlavə ediblər: “Bəziləri düşünür ki, İranın Müqavimət Cəbhəsinə verdiyi dəstək yalnız silah dəstəyidir, bir halda ki, İslam Respublikasının ən mühüm dəstəyi və köməyi davamlı sürətdə müqavimət ruhiyyəsini təzriq etməsidir.”

Suriya prezidenti Bəşşar Əsəd İslam İnqilabının Böyük Rəhbəri və İran İslam Respublikasının prezidenti ilə görüşdən sonra Tehrandan Suriyanın paytaxtı Dəməşqə yola düşüb.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*