Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Suriya Demokratik Qüvvələri (SDQ) adlı Kürd yaraqlılarının baş komandanı, “təhlükəsizlik qüvvələrinin” Vaşinqtonun rəhbərlik etdiyi İŞİD-ə qarşı beynəlxalq koalisiyanın köməyi ilə Həsəkə rayonunun Ğuyran həbsxanasından qaçan terrorçuların hamısını həbs etdiyini bildirib.
Qeyd edək ki, Suriya Mərkəzi Dövlətinin icazəsi olmadan Suriyaya daxil olaraq İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə bu ölkənin Neftini talan edən ABŞ və onun başçılıq etdiyi beynəlxalq işğalçı koalisiyası, həbs edtikləri İŞİD terrorçularını Suriya Dövlətinə təslim etməkdən boyun qaçırıb...
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!