?>

Suriya Əsas Qanununun Araşdırılması Komitəsindəki heyətlər komitənin çətin missiyasını etiraf ediblər

Suriya Əsas Qanununun Araşdırılması Komitəsindəki heyətlər komitənin çətin missiyasını etiraf ediblər

Suriya Əsas Qanununun Araşdırılması Komitəsində iştirak edən heyətlər bu komitənin fəaliyyətinin çətinliyini etiraf edirlər.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əlaləm-in Cenevrədəki müxbiri Mərvə Əltəbiinin məlumatına görə, BMT-nin Suriyaya göndərilmiş nümayəndəsi Gir Pederson Cenevrədə Suriya Əsas Qanununun Araşdırılması Komitəsinin iclasında deyib ki, bu komitənin qərarları sırf olaraq, suriyalı olacaq. O, əlavə edib: Bu komitənin fəaliyyətlərinin başlanması Suriya böhranının həlli üçün mühüm bir addım olacaq.

Pederson bu komitənin fəaliyyətlərinin başlanmasını tarixi bir an adlandırıb.

Pederson deyib: Biz Suriya cəmiyyətinin ən mühüm məsələləri barədə fikir mübadiləsi aparacağıq və siz, bu komitənin üzvləri olan suriyalılar, əsas qanunun ilkin mətnini təyin edəcəksiniz ki, Suriya xalqının referendumu ilə qəbul edilmiş olsun.

Suriyalı müxaliflərin heyəti bu komitənin missiyasının çətinliyini rədd etməyib.

Suriyanın hüquqi cəmiyyəti, həmçinin müxalif qruplar və hökumət nümayəndələrindən təşkil olunmuş Suriya əsas qanun komitəsinin ilk iclası səkkiz ildən çox vətəndaş müharibəsindən sonra Rusiya, İran və Türkiyə kimi ölkələr tərəfindən irəli sürülən bir təşəbbüs və atılan addım idi.

Suriyalı müxaliflər heyətinin sədri Hadi Əlbəhrə deyib: 2254 saylı qətnamənin icrasına gətirib çıxaracaq ədalətli siyasi həll yolundan savayı heç bir həll yolu icra olunmaq imkanına malik deyildir.

BMT-nin baş katibi Antonio Quterreş öz tvitter səhifəsindəki bir ismarıcda yazıb: Suriya əsas qanun komitəsinin ilk iclası irəliləyiş üçün mühüm və əsaslı bir iclas idi. Mən ümid edirəm ki, bu, Suriya xalqının həyatındakı bu faciəli fəsilə son qoyacaq siyasi həll yoluna doğru atılan ilk addım olacaqdır.

Qarşıdakı günlərin iclasları məlum edəcəkdir ki, Suriya Əsas Qanununun Araşdırılması Komitəsinin şəraiti haraya gedib çıxacaq, xüsusən ona görə ki, hamı bu komitənin çətin fəaliyyətlərlə üzləşəcəyini etiraf edir.

.........
340


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!