?>

Sülhməramlılar Qarabağda təlimlərə başladı

Sülhməramlılar Qarabağda təlimlərə başladı

Qarabağda yerləşən Rusiya sülhməramlıları döyüş təlimlərinə başlayıb.

ABNA24 Xəbər Verir, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Qarabağda müşahidə məntəqəsinə mümkün hücumun qarşısını almaq barədə hazırlıq təlimləri keçirilib.

Rusiya qüvvələrinin Qarabağdakı hərəkətləri Azərbaycanda təşvişlə qarşılanır. Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bununla bağlı feysbuk üzərindən yazdığı şərhdə yazır: “Rusiya Qarabağda ermənilərə ev tikir, sosial problemlərinin həllində iştirak edir, təlim və qanvermə aksiyasi keçirir, daha nə qaldı?”

Politoloq bildirb ki, Rusiyanın Qarabağdakı ermənilərə pasport paylamasına bircə addım qalıb. Rusiya Ukraynanın şərqində separatçıların nəzarət etdiyi ərazidəki insanlara pasportları paylayıb və bununla oranı müdafiəsi altına alıb.

Azərbaycanlı ekspertlərin qənaətincə son həftələrdə dövlət sərhədində ermənilər tərəfinin demək olar ki, bütün istiqamətlərdən atəşkəsi pozması onu deməyə əsas verir ki, Ermənistandakı revanşist qüvvələr Rusiyanın Ermənistana loyallıq etməsindən ruhlanıblar. Ona görə də hətta Qarabağda, Şuşa ətrafında yaşayan ermənilər belə müntəzəm olaraq provokasiyalara əl atıb Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tuturlar. Buna görə siyasətçilər bildirirlər ki, indiki şəraitdə antiterror əməliyyatlarına ehtiyac var. Çünki onların fikrincə Qarabağda qalan separatçılar zərərsizləşdirilməyənə, yaxud Rusiya "sülhməramlıları" onları tərkisilah etməyənə qədər regionda tam sabitlikdən söhbət gedə bilməz.

Bəzi təhlillərə görə isə, sərhəd toqquşmaları fonunda Rusiyanın Ermənistana silah tədarükü, ABŞ ilə Avropa İttifaqının maliyyə yardımları və Azərbaycan Respublikasının İsrail rejimi ilə 2 milyard dollarlıq silah müqaviləsi imzalaması bölgədə nəinki sülh və sabitliyin bərqərarına xidmət etmir, hətta gözlənilməz müharibə üçün də bir stimul verə bilər. Çünki tərəflər arasında sülh müqaviləsinin imzalanması dalana düşüb və Ermənistanla onun havadarları Qarabağa statusun verilməsi ideyasından əl çəkməyərək Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan boyun qaçırırlar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*