?>

Sudan razılaşmasından sonra Ərəbistanda sionist rejimlə saziş edənlər sırasına qoşulub

Sudan razılaşmasından sonra Ərəbistanda sionist rejimlə saziş edənlər sırasına qoşulub

Sionist rejimin təhlükəsizlik mənbələrindən biri Sudan və sionist rejim arasında əldə olunan razılaşmadan sonra Səudiyyə Ərəbistanının bu rejimlə kompromisə gedənlər sırasına qoşulduğunu xəbər verib.

ABNA24 Xəbər Verir, sionist rejimin təhlükəsizlik mənbəyi Sudan ilə İsrail rejimi arasında münasibətlərin normallaşdırılmasında əldə olunan irəliləyişləri müsbət dəyərləndirib və deyib: "Səudiyyə Əərəbistanı Sudana bənzər bir addıma yaxınlaşmaqdadır".

Sözü gedən mənbə, həmçinin sionist rejimin müharibə naziri Benni Qants və ABŞ müdafiə naziri Mark Esper arasında dünən Vaşinqtonda keçirilən təhlükəsizlik iclasında, tərəflərin Qərbi Asiya regionunda sionist rejimin hərbi üstünlüyünü qorumaqla bağlı ABŞ-ın strateji öhdəliyinə dair bir bəyanat imzaladıqlarını bildirib.

Sionist rejimin casusluq təşkilatı MOSSAD-ın sədri Yossi Kohen bu barədə deyib: "Səudiyyə Ərəbistanı Təl-Əviv ilə münasibətləri normallaşdırmanı ABŞ-a hədiyyə etmək üçün bu ölkə seçkilərinin nəticələrini gözləyir".

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn sentyabrın 15-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp və sionist rejimin baş naziri Benyamin Netanyahunun iştirakı ilə bu rejimlə saziş müqaviləsini imzalayıblar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*