?>

"status məsələsində heç bir məhdudiyyət olmamalıdır"

Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtləri nəzərdə tutur. Bunu cümə axşamı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

ABNA24 Xəbər Verir, Qriqoryanın sülh müqaviləsinə gedən yolun Minsk qrupu çərçivəsində Qarabağ probleminin həllindən asılı olduğunu bildirərək deyib:"Biz hərtərəfli sülh müqaviləsi üzərində işləməyə davam edəcəyik. Bundan ötrü Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yoluyla, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədr "üçlüyü" çərçivəsində həlli tapılmalıdır".

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu gün bildirmişdi ki, Bakı mümkün sülh sazişinin imzalanması ilə bağlı danışıqlara başlanılması üçün Yerevandan cavab gözləyir.

Gələcək danışıqlarda Qarabağın statusu ilə bağlı Ermənistanın mövqeyinin necə olacağı barədə sualın cavabında Qriqoryan deyib ki, "status məsələsində heç bir məhdudiyyət olmamalıdır".

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*