?>

Sovet marşalını təhqir edən azərbaycanlı axtarışa verilib

Sovet marşalını təhqir edən azərbaycanlı axtarışa verilib

Rusiyada “Kim? Harada? Nə vaxt?” intellektual oyunun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərov Sovet generalını təhqir etdiyinə görə axtarışa verilib.

ABNA24 Xəbər Verir , Rusiya Daxili İşlər Nazirliyinin (DİN) axtarış bazasında bildirilir ki, Rövşən Əsgərov Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilir”.

Rusiya Federasiyasının İstintaq Komitəsi müəyyən edib ki, Əsgərov aprelin 6-dan gec olmayaraq “Facebook” sosial şəbəkəsində Sovet İttifaqının marşalı Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan yalan məlumatlar dərc edib.

Qeyd edək ki, ötən ay Rusiyada Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, - məlumatda qeyd olunub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*