?>
Qərbi Asiya Xəbərləri – İşğal Olunmuş Fələstin Əraziləri

Şok!!! Yəhudilər Calbou həbsxanasından qaçan 6 fələstinli əsirə belə heyran qaldılar – Video Reportaj

Xatırladaq ki, Fələstin İslami Cihad Təşkilatı İran İslam Respublikasına bağlı siyasi-silahlı müqavimət təşkilatıdır.


Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, altı fələstinli məhbus işğal olunmuş Fələstinin şimalındakı Bisan bölgəsindəki Calboua həbsxanasından tunel qazaraq qaçıblar. Sionist ordusu altı fələstinli əsirin qaçmasından sonra hazır vəziyyətə gətizdirilsə də lakin heç bir fayda verməyib.

Calbou həbsxanasından əsirlərin qaçması əməliyyatının komandiri, işğalçıların həbsxanalarında İslam Cihadının ən yaşlı əsiri olan "Mahmud Abdullah Əl-Areza" dır.

İslami Cihad üzvlərinin əsirlikdən qaçması əməliyyatı sionist rejimin təhlükəsizlik təşkilatları üçün şiddətli bir zəlzələdir.

İslami Cihad Təşkilatı bu əməliyyatı, işğalçı orduya və ümumilikd sionist rejiminə ağır zərbə vuran böyük bir qəhrəmanlıq əməliyyatı adlandırıb.

"Xızır Adnan", Fələstin İslami Cihad hərəkatının liderlərindən biri bu haqda açıqlama verərək deyib: “Altı fələstinli məhbusun tunel qazmaqla Calboua həbsxanasından azadlığa çıxmaq müvəffəqiyyətləri, müqavimət üçün bir zəfərdir və Qüds Qılıncı Döyüşü zəfərlərinin davamı olaraq hesab olunur. Eyni zamanda bu həm də sionist rejim ordusu üçün ən ağır məğlubiyyətdir.”

Xatırladaq ki, Fələstin İslami Cihad Təşkilatı İran İslam Respublikasına bağlı siyasi-silahlı müqavimət təşkilatıdır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*