?>
Pandora Sənədlərində İngiltərə Kraliçasının əmlakı da yer alıb

ŞOK!!! Kraliça Elizabet əliyevlər qəbiləsindən 91 milyon dollarlıq əmlak alıb

ŞOK!!! Kraliça Elizabet əliyevlər qəbiləsindən 91 milyon dollarlıq əmlak alıb

Qeyd edək ki, İlham və onun pozğun ailəsi bütün bu ticarət dövriyyələrini məzlum Azərbaycan xalqından oğurladıqları puuların hesabına edirlər. Yada salaq ki, Heydər Əliyev Moskvadan Azərbaycana gəldikdə qalmağa yeri olmadığı üçün bacısı gildə qalırdı. Əyninin alt paltarını belə almağa imkanı olmayan şəxsin qumarbaz balasının milyardlarla pulu hardandır bəs???

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İngiltərə Kraliçasının əmlakı da Pandora Sənədlərinə sürükləndi. Görünür ki, dəfələrlə korrupsiyada ittiham olunan Azərbaycana qanunsuz yollarla hakim kəsilmiş qəbiləsindən 91 milyon dollarlıq əmlak alıb.

Xəbər agentlikləri oktyabırın 3-də xəbər yayıblar ki, Kraliçanın adından mülk və torpaq sahibi olan The Crown Estate, 2018 -ci ildə Azərbaycan prezidentinin ailəsindən 66,5 milyon funt sterlinq (91 milyon dollar) əmlak alıb.

BBC xəbər verir ki, Pandora Sənədləri kimi tanınan sızan sənədlərə əsaslanaraq, İlham Əliyevin ailəsinin mülkü The Crown Estate -ə satmaqla 31 milyon funt sterlinq (42 milyon dollar) gəlir əldə etdiyi görünür.

Əliyev 2003 -cü ildə 10 il prezidentlik edən atası Heydərin ölümündən sonra Azərbaycan prezidenti oldu. İlham Əliyev korrupsiya, səslərin saxtalaşdırılması, insan haqlarının pozulması və rüşvət almaqda ittiham olunur.

Əliyevin üç övladı - Leyla, Arzu və Heydər Əliyev - Beynəlxalq Araşdırma Jurnalistləri Konsorsiumu (ICIJ) tərəfindən əldə edilən sızan sənədlərə görə 2006-2018 -ci illərdə Britaniyanın Virgin Adalarında qeydiyyatdan keçmiş 44 şirkətin səhmdarı olaraq siyahıya alınıblar.

ICIJ hesabatına görə, uşaqlar birlikdə 2006-2009 -cu illərdə 120 milyon dollardan çox lüks London mülkü satın alan beş şirkətə sahib olublar.

The Guardian, Crown Estate'in London Virjin Adalarında yerləşən Hiniz Trade & Investment şirkətindən 2018-ci ilin Avqust ayında Londonun Mayfair bölgəsində səkkiz mərtəbəli bir ofis və pərakəndə mülk satın aldığını bildirib.

The Guardian xəbər verir ki, Hiniz özü 2009 -cu ildə bu evi 35,5 milyon funt sterlinqə (48 milyon dollar) satın almışdı.

“Pandora Sənədləri Hinizin orijinal vəsaitlərinin haradan qaynaqlandığını göstərmir, ancaq 2015-ci ildə şirkətin mülkiyyətinin prezidentin qızı Arzu Əliyevadan babası Arif Paşayevə ötürdüyünü göstərir.”- yazaraq The Guardian xəbər verir.

Əliyevlər ailəsi insayderin şərh istəyinə dərhal cavab verməyib.

Qeyd edək ki, İlham və onun pozğun ailəsi bütün bu ticarət dövriyyələrini məzlum Azərbaycan xalqından oğurladıqları puuların hesabına edirlər. Yada salaq ki, Heydər Əliyev Moskvadan Azərbaycana gəldikdə qalmağa yeri olmadığı üçün bacısı gildə qalırdı. Əyninin alt paltarını belə almağa imkanı olmayan şəxsin qumarbaz balasının milyardlarla pulu hardandır bəs???

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*