?>

Soçidə keçirilən qapalı görüşdə nələr müzakirə olunacaq?

Soçidə keçirilən qapalı görüşdə nələr müzakirə olunacaq?

Türkiyə Prezidenti Rusiyaya yola düşüb; o, Soçidə Rusiya dövlət başçısı ilə görüşəcək.

ABNA24 Xəbər Verir, liderlərin zirvə toplantısının proqramında heyətlərarası görüş nəzərdə tutulmayıb və hər iki ölkə lideri təkbətək görüşəcək.

 Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü ilə əlaqədar türkiyəli professor Həsən Ünal bidirib ki, zirvə görüşündə vacib razılaşma əldə oluna bilər.  

Onun fikrincə, razılaşma Yaxın Şərqdə, Aralıq dənizi, Qara dəniz bölgəsində və Qafqazda tarazlığı qorumaq məqsədini güdür.

Qeyd edək ki, Türkiyənin Krımla bağlı sərgilədiyi mövqe və Krım Platformasında iştirakı Moskvanı məyus edən məqamlardanır. Bununla belə Türkiyə liderinin bu günlərdə ölkəsinin Rusiyadan S-400 zenit raket komplekslərinin yeni partiyasını almağa hazırlaşdığın bildirməsi və Ərdoğanın ABŞ mediası ilə müsahibədə bunun anonsunu verməsi Putin ilə dil tapmaq üçün atılan addım kimi xarakterizə olunur.

Buna baxmayaraq bugünlərdə Türkiyə, Azərbaycan və Pakistanın birlikdə “Üç qardaş-2021” adlı beynəlxalq təlimlər keçməsi və həmçinin Türkiyənin Xəzər Dənizində Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimlərdə iştirakının Soçi görüşündə müzakirəsi, Rusiya prezidentinin bu məsələlər haqda Ərdoğandan izahat tələb etməsi istisna olunmur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*