?>

Siyasi dissidentin döyülməsi ssenaridir

Siyasi dissidentin döyülməsi ssenaridir

Axar.az saytı siyasi fəalın döyülməsinin hakimiyyətə qarşı təxribat ssenarisi olduğunu bildirdi.

ABNA24 Xəbər Verir,sayt yazır: “Azərbaycanın düşmənləri İlham Əliyevin bu qədər böyük reytinqi qarşısında heç nə edə bilməyəcəklərini anlayırlar, ona hansısa təzyiqin mümkün olmadığını görürlər və buna görə də təxribatlar bir-birinin ardınca düzülür: qəsdən Vətən müharibəsindəki qələbənin həcmini azaltmaq, ölkə idarəetməsində problem olduğunu qabartmaq və ən yüksək səviyyədə etirazları körükləmək bu qəbildən olan təxribatlardır.”

Müəllif sonra yazır: “Azərbaycanın maraqlarından bir addım da geri çəkilməyən, 44 günlük döyüşü bütün daxili təxribatlara rəğmən təkbaşına idarə edən, qalib gələn, “status”u gorbagor edən, rəqibini bütün arenalarda – döyüşdə, sammitdə, görüşdə - darmadağın edən İlham Əliyevin yaratdığı yeni və möhtəşəm geosiyasi reallığa Tofiq Yaqublunun döyülməkdən şişən və görməyən gözləri ilə “baxmaq” istəyi bu ssenaridə xüsusi yer tutur! Bu təxribatların, İlham Əliyevə qarşı xarici təzyiqi formalaşdırma cəhdlərinin, daxildə hakimiyyətin nüfuzunu azaldacağı ehtimal edilən addımların koordinatoru, maliyyəçisi kimdir, bilmirik, ancaq icraçılar ki ortadadır!”-, deyə Axar.az qeyd edir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*