?>

Siyasətçi Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasını istəyir

Siyasətçi Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasını istəyir

Ermənistanda iqtidarın prezidentliyə qəti namizədinin adı bəlli olub. Siyasətçi Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılmasını tərəfdarlıq edir.

ABNA24 Xəbər Verir, Ermənistan Konstitusiyasının 125-ci maddəsinin 3-cü hissəsini rəhbər tutaraq və “parlamentin reqlamenti” Konstitusiya qanununun 139-cu maddəsinin 2-ci və 4-5-ci maddələriylə deputatların ümumi sayının ən azı dörddə biri Vahaqn Xaçaturyanın respublika prezidentliyinə namizədliyini irəli sürüb. 

Bu barədə parlamentin rəsmi saytında dərc edilmiş elanda bildirilir.

Vahaqn Xaçaturyan indi yüksək texnologiya Sənaye naziri vəzifəsində çalışır. 

O yerli mətbuata müsahibəsində bildirib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh içində yaşamalıdır.

"Mən hesab edirəm ki, qonşularla yalnız sülh şəraitində yaşamaq mümkündür. Ermənistan vətəndaşları başa düşməlidir ki, sülh həyat və inkişaf üçün yeganə variantdır", - deyə prezidentliyə namizəd bildirib.

Qeyd edək ki, V.Xaçaturyanın namizədliyi hakim "Vətəndaş müqaviləsi" partiyası tərəfindən irəli sürülüb.

Ermənistanla Türkiyə arasında normallaşma prosesinə gəldikdə, V.Xaçaturyan bu prosesə də müsbət yanaşdığını və onun davam etdirilməsinin zəruriliyini vurğulayıb.

2022 yanvarın 23-də Armen Sarkisyan Respublika Prezidenti vəzifəsindən   istefa verib

Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq parlament sədri Alen Simonyan həyata keçirir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*