?>

Sionit rejim hərbçilərinin hücumunda onlarla fələstinli yaralanıb

Sionit rejim hərbçilərinin hücumunda onlarla fələstinli yaralanıb

İyordan çayının qərb sahilində sionist rejim hərbçilərinin qəsəbə salmalara etiraz edən fələstinlilərə hücumu nəticəsində onlarla fələstinli yaralanıb.

ABNA24 Xəbər Verir, keçən gecə Qərb sahilində yerləşən Nablus şəhərində fələstinlilərdən bir qrupu qəsəbələrin inşasına qarşı etiraz aksiyası keçiriblər ki, sionis rejim hərbçilərinin hücumu ilə üzləşiblər. 

Nümayişlər zamanı, işğalçı qüvvələr fələstinlilərə qarşı döyüş güllələri və gözyaşardıcı qazdan istifadə ediblər ki, nəticədə onlarla fələstinli yaralanıb. 

Fələstinlilər Nablusun cənubundakı Beyta qəsəbəsində yerləşən "Cəbəl Səbih" yüksəkliklərində sionist sakinli qəsəbələrin inşasına etiraz edirlər. İndiyədək bu aksiyalarda yüzlərlə fələstinli yaralanıb və bir neçə nəfər də şəhid olub. 

Media mənbələri dünən, həmçinin bir gənc fələstinlinin işğal olunmuş ərazilərdəki Əl-Lod şəhərində sionist hərbçilərin atəşaçması nəticəsində şəhid olduğunu bildiriblər.

Son günlərdə sionist rejim Fələstin vətəndaşlarına döyüş güllələrindən istifadə edərək, kor hücumlarını gücləndirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*