?>

Sionistlərlə fələstinlilər arasında güclü toqquşma baş verib

Sionistlərlə fələstinlilər arasında güclü toqquşma baş verib

Sionist qəsəbə sakinləri bir daha bu rejim hərbçilərinin yaşıl işığı ilə neçənci gün dalbadal Məsciduləqsaya basqın ediblər.

ABNA24 Xəbər Verir, sionist qəsəbə sakinləri dünən Məsciduləqsanın səhnlərinə basqından sonra anti-İslam şüarlar veriblər.

Sionistlərin Məsciduləqsaya basqınının ardınca onlar ilə fələstinlilər arasında güclü toqquşma baş verib.

Belə bir halda, Fələstin müqavimət qrupları Məsciduləqsaya qarşı hər cür yeni təcavüz haqda sionist qəsəbə sakinlərinə və sionist hərbçilərə xəbərdarlıq etmişdilər.

Fələstin müqavimət qrupları bildiriblər ki, «Qüds qılıncı» döyüşü kimi bundan sonra da Təl-Əvivin mövqelərini hədəfə almaq üçün müqəddəslərin nidasına ləbbeyk deyəcəklər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*