?>

Sionistlərin Nablus şəhərinə basqını zamanı 23 fələstinli yaralanıb

Sionistlərin Nablus şəhərinə basqını zamanı 23 fələstinli yaralanıb

Sionist rejim qüvvələri Nablus şəhərinə hücum edərək, 23 fələstinlini ağır yaralayıblar.

ABNA24 Xəbər Verir, sionist rejim hərbşiləri çərşənbə axşamı günü bir çox fələstinlinin "Azadlıq Tuneli" əsirlərinə dəstək aksiyası keçirdiyi zaman Nablusa hücum ediblər.

Hücum zamanı sionist hərbçilərlə fələstinlilər arasında şiddətli toqquşmalar baş verib, sionistlər fələstinli etirazçıları plastik güllə və dəyənəklərlə döyərək, 23 fələstinlini ağır yaralayıblar.

Bazar ertəsi gecəsi də Fələstin xalqı, İordan çayının qərb sahili və Qəzzənin müxtəlif şəhərlərində "Azadlıq Tuneli" əsirlərinə və sionist rejimin həbsxanalarındakı digər fələstinli məhbuslara dəstək aksiyası keçirib ki, sionist rejim hərbçiləri ilə toqquşmalara və 40-dan çox fələstinlinin silah, gözyaşardıcı qaz və səs bombaları ilə yaralanmasına səbəb olub.

Keçən həftə 6 fələstinli əsirin ciddi qorunan Gilboa həbsxanasından qaçmasından sonra sionist rejimin təhlükəsizlik qüvvələri fələstinli məhbuslara qarşı düşmənçilik hərəkətlərini şiddətləndirib və "Azadlıq Tuneli" Əməliyyatının 4 əsirindən biri olan Zəkəriyya Əl-Zübeydiyə tutulan kimi ağır işgəncələr verib.

Fələstinli qruplar da sionist rejimin bu hərəkətlərinə cavab olaraq, Misir vasitəsilə həmin rejimə kəskin mesaj göndərib və təhdid ediblər ki, əsirlərə qarşı repressiv hərəkətlərin davam edəcəyi təqdirdə, bu rejimlə olan bütün keçmiş atəşkəs razılaşmalarını ləğv edəcəklər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*