?>
Qərbi Asiya Xəbərləri – İşğal Olunmuş Fələstin

Sionistlərin hücumları nəticəsində 49 fələstinli yaralanıb

Sionistlərin hücumları nəticəsində 49 fələstinli yaralanıb

Bazar ertəsi gecəsi Fələstin mənbələri, sionist silahlıların hücumları nəticəsində 49 fələstinlinin yaralandığını bildiriblər.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Fələstin mənbələri bazar ertəsi axşam saatlarında sionist silahlıların hücumları nəticəsində 49 fələstinlinin yaralandığını bildirib.

Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

İordan çayının qərb sahilində cümə gecəsi işğalçı İsrail qüvvələri ilə fələstinlilər arasında şiddətli döyüşlər nəticəsində 44 günahsız fələstinli yaralanıb, işğal altında olan ərazilərdə qarşıdurmalar güclənib.

Sionist silahlı ünsürlər hər gün İordan çayının qərb sahilindəki Fələstin şəhərlərinə, qəsəbələrinə və kəndlərinə və işğal altındakı Qüdsə hücum çəkir, onların mülklərini müsadirə edir, evəlrini dağıdır, Fələstinliləri isə həbs edir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*