Fələstin mənbələri sionist rejimin bu gün səhər saatlarında Qəzzə zolağına hava hücumundan xəbər veriblər.
ABNA24 Xəbər Verir, Fələstinin İnformasiya Mərkəzindən verilən məlumata görə, sionist rejimin qırıcıları Qəzzə zolağında yerləşən Həyyəl-Zeytun bölgəsini bir ədəd raketlə hədəfə alıblar.
Son bir həftədə işğalçı hərbçilər hər səhər əsassız bəhanələrlə Qəzzə zolağına hava zərbələri endiriblər.
Sionist rejimi 2017-ci ilin dekabr ayından Qəzzə zolağına hava hücumlarının yeni dalğasına start verib.
Bu rejimin hücumları nəticəsində indiyədək minlərlə fələstinli yaralanıb və ya şəhid edilib.
Qəzzə zolağı 2006-cı ildən bəri İsrail rejimi tərəfindən hava, quru və dənizdən mühasirəyə alınıb nəticədə bu zolağın sakinləri bir çox problemlərlə üzləşiblər.
342/