?>

Sionistlər Azərbaycandan sonra Ermənistana da Pegasus veriblər

Sionistlər Azərbaycandan sonra Ermənistana da Pegasus veriblər

Sionist İsrail rejimi Cənubi Qafqazı casusluq poliqonuna çevirir. Paşinyan düşmənlərini izləmək və dinləmək üçün İsraildən “Peqasus” alıb.

ABNA24 Xəbər Verir, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumatda deyilir ki, bu sistem İrəvan üçün 7 milyon dollara başa gəlib:

Qəzet yazır ki, belə sistemlərdən rejimlər təhlükəsizlikləri üçün təhdidlər yaradanları dinləmək üçün istifadə edirlər. Mexanizm sadədir. Nəzərdə tutulan telefona adi reklam SMS göndərilir və onun açılmasından sonra sistem mobil telefona yüklənir.

Nəşr bu sistemin kimlərə qarşı tətbiq olunması haqqında əmrin birbaşa Paşinyan tərəfindən verildiyini bildirib.

Xatırladaq ki, sözü gedən proqram vasitəsilə İsrail şirkəti Azərbaycanda 1038 nəfərin bütün telefon danışıqlarını, yazışmalarını və hərəkət trayektiyalarını tamamilə nəzarətdə saxlayamağa nail olmuşdur. Bunların içərisində 600 nəfər siyasətçinin, 189 nəfəri media təmsilçisinin telefonları və yazışmaları tam nəzarətdə olmuş və 50 mindən artıq kontakt şəxslər müəyyənləşmişdir.

Maraqlıdır ki, İsrailin özü belə “Pegasus”u bir casus silahı kimi qiymətləndirib. Ona görə “Pegasus” proqramını şirkət özəl subyektlərə deyil, yalnız dövlətlərə satıb.

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Aparan Araşdırmaçı Jurnalistlər Mərkəzi bildirib ki, İsrailin rejiminin "Pegasus" casus proqramından Azərbaycan dövlət rəsmilərinin telefonlarının izlənilməsi üçün də istifadə edilib.

Bu isə o deməkdir ki, İsrail rejimi casusluq oyunu ilə Azərbaycan və Ermənistan kimi ölkələrin rəsmilərini tələyə salır, istənilən halda onlardan bac alır.   

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*