?>

Sionist şirkətlərə qarşı yeni kiber hücumlar həyata keçib

Sionist şirkətlərə qarşı yeni kiber hücumlar həyata keçib

Bəzi medialar işğal olunmuş Fələstində yerləşən Təchizat zənciri şirkətlərinə qarşı yeni kiber hücumları dalğasından xəbər veriblər.

ABNA24 Xəbər Verir, Marker vebsaytı ilə bərabər, «CNS» sionist vebsaytı dünən bildiribdir ki, yeni kiber hücumları dalğası işğal olunmuş Fələstində bir neçə sionist şirkəti, o sıradan «Veritas» və «Matç Retail» şirkətlərini hədəfə alıblar.

Hakerlər «Matç Retail» şirkətindən 110 gigabayta yaxın, «Veritas» şirkətindən isə doqquz gigabayt məlumat əldə ediblər.

Medialar xəbər veriblər ki, bu hücumların amili özünü «net verm» kimi təqdim edən yeni bir qrupdur. Bu qrup hədəfə alınan şirkətlərə ultimatum göndərməklə şirkətlərin informasiyalarının əyani şəkildə yayılmasının qarşısını almaq üçün onlardan yüz minlərlə dollar ödəmələrini tələb edib.

Kiber təhlükəsizliyi məsələləri üzrə ekspertlər deyirlər ki, bu hücumların bac almaq üçün adi olaylar olması mümkünsüz görünür və onların hədəfi, sionist rejimi təhqir etməkdir. Bu ekspertlər deyiblər ki, hücumların əsas amili, İrandır.

Bu kiber hücumları ötən günlərdə işğal olunmuş Fələstində iltihabın yaranmasına səbəb olan müxtəlif hadisələrin bir hissəsidir.

Şənbə günü səhər saatlarında informasiya mənbələri Hayfada yerləşən Bazan neftayırma təsisatlarından birində yanğının baş verməsindən xəbər verdilər.

Cümə axşamı günü səhər tezdən də işğal olunmuş Fələstindəki yerli qaynaqlar Dimona atom təsisatlarının ətrafında raket hücumu ilə bağlı həyəcan siqnallarının səsləndirilməsindən xəbər verdilər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*