?>

Sionist rejiminin hücumu nəticəsində onlarla fələstinli xəsarət aldı

Sionist rejiminin hücumu nəticəsində onlarla fələstinli xəsarət aldı

İordan çayının qərb sahilində sionist rejiminin silahlılarının hücumu nəticəsində bir neçə fələstinli yaralanıb.

ABNA24 Xəbər Verir, İordan çayının qərb sahilində sionist rejiminin silahlılarının hücumu nəticəsində bir neçə fələstinli yaralanıb. Bildirildiyi kimi, sionist rejiminin hərbçiləri cümə günü İordan çayının qərb sahilində qanunsuz yəhudi yaşayış yerlərinin salınmasına etiraz edən bir neçə fələstinlini atəşə tutaraq yaralayıb.

Bəzi fələstinlilərin sionist rejimin buraxdığı qazdan zəhərləndikləri bildirilir. Sionist rejimin yaraqlıları hər gün kəndlər daxil olmaqla, Fələstin yaşayış məntəqələrinə hücum edir, fələstinlilərin evlərini və müqəddəs məkanlarını dağıdaraq sakinləri evlərini tərk etməyə məcbur edir, daha sonra bu yerlərdə qanunsuz yəhudi qəsəbələri tikir və Fələstin ərazilərindəki işğalını möhkəmləndirmək üçün bu ərazilərin demoqrafik və coğrafi quruluşunu dəyişməyə çalışır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*