?>

Sionist rejimin İrana qarşı propaqandası davam edir

Sionist rejimin İrana qarşı propaqandası davam edir

Sionist rejim İranın Süveyş kanalı böhranının həlli üzrə konstruktiv təklifinə qarşı propaqandanı davam etdirir.

ABNA24 Xəbər Verir, sionist rejimin "The Yerusalem Post" qəzeti bir reportajda yazıb ki, İran Süveyş kanalı böhranından sui-istifadə edir və özünü Asiya ilə Avropa arasında əlaqə körpüsü və malların tranziti üçün bir alternativ olaraq, təqdim etməyə çalışır.

İranın Moskvadakı səfiri Kazim Cəlali bir neçə gün əvvəl qeyd edib ki, şimal-cənub beynəlxalq dəhlizi minimum risklə Süveyş kanalının ən yaxşı alternativ ola bilər. Hazırda Süveyş Kanalının bağlanması, ondan istifadə edən şirkətlərə gündə milyardlarla dollar maddi ziyan vurub və onların etibarını sarsıdıb.

İran Hindistan, İran və Rusiyadan keçən 7 min 200 kilometrlik tranzit marşrutunu təklif edib. Türkiyə də Çinə mal göndərmək üçün İran-Rusiya marşrutlarından istifadə etməkdə maraqlı olduğunu bildirib.

Görünən odur ki, son Süveyş kanalı böhranından sonra regionun tranzit arxitekturası dəyişəcəkdir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*