?>

Sionist rejimin helikopterləri Suriyanın Qüneytərə vilayətinə hücum ediblər

Sionist rejimin helikopterləri Suriyanın Qüneytərə vilayətinə hücum ediblər

Kütləvi İnformasiya Vasitələri bu gün səhər saatlarında sionist vertolyotlarının Suriyanın cənubunda yerləşən Qüneytərə vilayətinə hücumundan xəbər veriblər.

ABNA24 Xəbər Verir, Suriyanın rəsmi xəbər portalı SANA sionist rejim vertolyotları tərəfindən, Suriya ordusunun Qüneytərə vilayətinin Əl-Qəhtaniyyə və Əl-Həzər bölgələrində yerləşən mövqelərinin hədəfə almasından xəbər verib.

Sionist rejim ordusu Suriyanın Qüneytərə vilayətinə qarşı hava hücumunu təsdiqləyib və elan edib ki, bu rejimin helikopterləri Suriya ordusunun mövqelərini hədəfə alıblar.

Sionist rejim mütəmadi olaraq, terrorçuları dəstəkləmək məqsədilə Suriya ordusunun mövqelərini və bu ölkənin infrastrukturlarını hədəfə alır.

İsrail rejimi terrorçuların Suriyada tam məğlub olmasından kəskin narahatdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*