?>

Sionist rejim Qəzzədə üç məscidi dağıtdı

Sionist rejim Qəzzədə üç məscidi dağıtdı

Sionist rejimin Qəzzəninmüxtəlif yerlərində aramsız təcavüzlərindən sonra Qəzzə Vəqflər Nazirliyi Qəzzədəki müsəlmanların ibadətgahlarının dağıdıldığını və ziyan vurulduğunu açıqlayıb.

ABNA24 Xəbər Verir, nazirlik hücumlarda üç məscidin tamamilə məhv edildiyini və Qəzzəyə davam edən təcavüz nəticəsində daha 40 məscidin zər ər gördüyünü bildirib.

Xəbərdə İsrail rejiminin bəzi ibadət yerləri ətrafında raket atəşinə məruz qalması səbəbindən 42 məscidin bağlandığı da bildirilir.

Bu arada, BMT sionist rejimin davam edən hücumlarından sonra Qəzzədə 72.000 insanın məcburi köçkün olduğunu bildirib.

Fələstin Səhiyyə Nazirliyinin son statistik məlumatlarına görə, bu günə qədər 63 uşaq və 36 qadın olmaqla 219 nəfər şəhid olub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*