?>

Sionist rejim naziri: "Həmas hərəkatı qarşısında məğlub olduq"

Sionist rejim naziri:

Sionist rejimin rabitə naziri bu rejimin Fələstin İslami Müqavimət Hərəkatı Həmas qarşısında məğlub olduğunu etiraf edib.

ABNA24 Xəbər Verir, sionist rejimin rabitə naziri "Yoaz Hendel" bu gün sionist rejim ordusunun Həmas Hərəkatı qarşısında məğlub olmasından təəssüf və məyusluq ifadə edib. 

Hendel, İsrail rejiminin nə son illərdə ona verilən pullar vasitəsilə, nə də fələstinlilərlə son müharibədə, Həmas Hərəkatı qarşısında önləyicilik yarada bilmədiyini bəyan edərək, bu rejimin vəziyyətinin pisləşdiyini etiraf edib. 

Sionist rejimin İordan çayının qərb sahilində və Qəzzə zolağında fələstinlilərə qarşı müharibəsi mayın 10-da başladı və sionist rejim ordusunun Fələstinin müqavimət qrupları qarşısında acizliyi səbəbindən bu rejimin Nazirlər Kabinetinin atəşkəslə bağlı müraciətindən sonra və bəzi xarici aktyorların vasitəçiliyi ilə mayın 21-də sona çatdı.   

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*