?>

Sionist rejim köhnə vaksinləri Qəzzə zolağına təhvil verib

Sionist rejim köhnə vaksinləri Qəzzə zolağına təhvil verib

Qəzzə səhiyyə nazirliyi bildirib ki, sionist rejim Ramullahdan göndərilmiş əlli min doza vaksini qeyri-münasib şəraitdə saxladıqdan və xarab etdikdən sonra Qəzzəyə təhvil verib.

ABNA24 Xəbər Verir, Qəzzə səhiyyə nazirliyi bir bəyanatda bildirib ki, Təl-Əviv tərəfindən göndərilən vaksinlər, təhlükəsizliklərini təsdiq etmək və keyfiyyətlərindən əmin olmaq məqsədilə araşdırılıb və araşdırmalardan sonra məlum olubdur ki, vaksinlərin istehlak tarixi başa çatıbdır.

Qəzzə səhiyyə nazirliyi bu bəyanatda Təl-Əvivin qeyd olunan vaksinlərin xarab olmasında məsuliyyət daşıdığını bildirib. Qeyd edib ki, sionist rejim münasib vaxtda daxil olmasını əngəllədiyinə və qeyri-münasib şəraitdə başlı-başına buraxdığına görə, bu vaksinlər xarab olubdur.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*