?>

Sionist rejim gələcək nəslə qalmayacaq

Sionist rejim gələcək nəslə qalmayacaq

Sionist rejimin ümumi təhlükəsizlik xidməti- ŞABAK-ın sabiq rəisi bu rejimin ömründən nigarançılıq edərək, vurğulayıb ki, sionist rejim əsla gələcək nəslə qalmayacaq.

ABNA24 Xəbər Verir, ŞABAK-ın sabiq rəisi Yual Diskin sionist «Yediot Aharonot» qəzetinin dərc etdiyi bir məqalədə yazıb ki, yaxın gələcəkdə sionistlərin təkcə otuz faizi sionist rejimin iqtisadi və hərbi problemləri yükünün ən çox hissəsinə tab gətirəcək. Beləliklə sionist rejim cəmiyyəti onu gözləyən problemlərdən xilas olmayacaq.

Diskin bu məqalədə sonra yazıb ki, sionistlərin ikitirəliyi hər gün daha da dərinləşir. Belə ki, sionist solçu və sağçı cərəyanları arasındakı ikitirəlik və ixtilaflar yəhudilərlə ərəblər arasındakı ixtilaflardan qat-qat çoxdur. Eyni zamanda, hökumət sistemində etimadın olmaması və ondakı korrupsiya artmağa, sosial həmrəylik isə tənəzzülə doğru irəliləməkdədir.

ŞABAK-ın sabiq rəisi həmçinin yazıb ki, mömin yəhudilər sionist rejim üçün ağır bir yükə çevriliblər. Onlar anti-sionist münasibətə malikdirlər. Onların nöqteyi-nəzərincə, sionist rejim dağılmaq və çökməyə doğru irəliləyir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!