?>

Sionist qırıcıları Qəzzə zolağını bombalayıblar

Sionist qırıcıları Qəzzə zolağını bombalayıblar

Sionist rejim ordusunun mətbuat kaitbi bu rejimin qırıcı təyyarələrinin bu gün səhər saatlarında HƏMAS-ın Qəzzə zolağındakı mövqelərinə hava hücumundan xəbər verib.

ABNA24 Xəbər Verir, Sionist rejim ordusunun mətbuat kaitbi bu hücumların Qəzza zolağından ətrafdakı qəsəbələrə doğru atılan yandırıcı şarlarala əlaqələndirib.

Fələstinlilərin yandırıcı şarları qarşısında aciz qalan Sionist rejim Qəzzə zolağına gecə hücumları ilə bu şarların göndərilməsi prosesini dayandırmağa çalışır.

Sionist rejim mediaları ötən gün Qəzzə zolağının ətrafındakı sionist qəsəbələrində ən azı 42 yanğın hadisəsinin baş verməsindən xəbər veriblər. 

Bu ardıcıl 12-ci gündür ki, işğal olunmuş ərazilərin cənubunda yanğın hadisəsi qeydə alınır və bu bölgənin təsərrüfat sahələri yanğına məruz qalır. 

Bəzi vaxtlar pirotekniki maddələr daşıyan bu yandırıcı şarlar son həftələrdə, işğal olunmuş ərazilərdə onlarla yanğının baş verməsinə səbəb olublar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*