?>

Sionist qəsəbə sakinləri fələstinlilərin zeytun bağlarına hücum ediblər

Sionist qəsəbə sakinləri fələstinlilərin zeytun bağlarına hücum ediblər

Sionist qəsəbə sakinləri İordan çayının qərb sahilində yerləşən Sələfit şəhərinin qərbində fələstinlilərin zeytun bağlarına hücum edib və onlara ciddi ziyan vurublar.

ABNA24 Xəbər Verir, Bruxin sionist qəsəbənin işğalçı sakinləri Sələfit şəhərinin qərbində yerləşən Kəfər Əl-Dik kəndində fələstinlilərin zeytun bağlarına hücum edərək, 15 zeytun ağacını kəsiblər.

Sionist qəsəbə sakinləri, xüsusilə zeytunun yığım mövsümündə sionist hərbçilərin dəstəyi ilə fələstinli fermerlərə hücum edir və onlara ciddi xəsarətlər yetirirlər.

Digər tərəfdən, sionist hərbçilər İordan çayının müxtəlif bölgələrinə basqın edərək, üç fələstinlini həbs ediblər.

Sionistlər öz ekspansionist məqsədlərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum edir və fələstinliləri müxtəlif bəhanələrlə həbs edirlər.

Hazırda sionist rejim həbsxanalarında 5 min 700 fələstinli əsir saxlanılır ki, onların 250-si uşaq və 47-si qadındır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*