?>

Sionist qəsəbə sakinləri Avitar qəsəbəsindən çıxıblar

Sionist qəsəbə sakinləri Avitar qəsəbəsindən çıxıblar

Sionist qəsəbə sakinləri güclü təhlükəsizlik mühafizəsi və yüzlərlə fələstinlinin sionist hərbçilərlə kəskin toqquşmaları altında Nablusun cənubunda yerləşən Avitar qəsəbəsindən çıxıblar.

ABNA24 Xəbər Verir, onlar Nablusun cənubunda yerləşən Bita qəsəbəsi əhalisinin davamlı və kəskin etirazlarının ardınca oranı tərk etməyə məcbur olublar.

Neftali Benetin nazirlər kabineti və sionist qəsəbə sakinləri belə bir razılığa gəliblər ki, qəsəbənin üzdəniraq «mülkiyyət hüquqları»nın işğalçı rejimin müharibə nazirliyi tərəfindən yenidən dəyərləndirməsinə qədər bu qəsəbə boşaldılsın.

Sionist hərbçilərin Bita qəsəbəsində fələstinli etirazçılara qarşı hücumlarında indiyədək dörd fələstinli şəhid olub, yüzlərlə nəfər də sionist rejim ordusunun atəşləri və ya gözyaşardıcı qazından zərər çəkibdir.

«Yediot Aharonot» qəzeti də yazıbdır ki, sionist qəsəbə sakinləri fərdi şəkildə və ya avtobusla, amma qeyri-karvan formasında Avitar qəsəbə mərkəzini tərk ediblər ki, fələstinlilər üçün bir qələbə kimi təsvirə çəkilməsin.

Bita qəsəbəsinin gəncləri son bir neçə həftə ərzində «gecə hiddəti» əməliyyatı ilə onların ərazilərinə soxulmaqda olan sionist qəsəbə sakinləri ilə mübarizəyə qalxıblar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*