?>

Sionist hərbçilərlə fələstinlilər arasında toqquşma baş verib; 44 nəfər yaralanıb

Sionist hərbçilərlə fələstinlilər arasında toqquşma baş verib; 44 nəfər yaralanıb

İordan çayının qərb sahilində cümə günü, axşam saatlarında sionist hərbçilərlə Fələstinli gənclər arasında baş verən şiddətli toqquşmalarda 44 nəfər yaralanıb.

ABNA24 Xəbər Verir, Fələstin Qızıl Aypara Cəmiyyəti qısa bir bəyanatda, bu xəbəri təsdiqləyərək, bu şəxslərin Nablus şəhərindəki "Beyta" və "Beyt Dəcən" qəsəbələrində yaralandığını bildirib. 

Eyni zamanda bəzi xəbər mənbələrinə görə, Fələstin vətəndaşlarından digər bir qrupu sionist rejimin yəhudi yaşayış massivləri inşa etməsinə qarşı və şəhidlərin cənazələrinin geri qaytarılması çağırışı ilə keçirilən etiraz aksiyaları zamanı yaralanıb. 

Həmçinin, deyilənlərə görə, bu hadisələr bütün Qərb sahilində sionist rejim tərəfindən geniş miqyaslı həbslər zamanı baş verir.

Sionist rejim hərbçiləri hər gün İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə fələstinlilərin şəhərlərinə, qəsəbələrinə və kəndlərinə hücum edir, onların mülklərini müsadirə edir və fələstinliləri həbs edirlər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*