?>

Sionist hərbçilərin hücumunda yüzdən çox fələstinli yaralanıb

Sionist hərbçilərin hücumunda yüzdən çox fələstinli yaralanıb

Fələstin Qirmızı Aypara Cəmiyyəti bildirib ki, sionist hərbçilərin işğal olunmuş Qüdsdəki bölgələrə qarşı hücumunda yüzdən çox fələstinli yaralanıb.

ABNA24 Xəbər Verir, Fələstin Qirmızı Aypara Cəmiyyəti həmçinin bildirib ki, sionist rejim hərbçiləri cümə axşamı günü gecə işğal olunmuş Qüdsdəki bölgələrə hücum zamanı fələstinlilərlə toqquşaraq, onlara qarşı repressiya və işgəncələr tətbiq ediblər.

Sionist işğalçılar bu toqquşmada rezin güllələrdən də istifadə ediblər ki, bu da yüz beş fələstinlinin yaralanması ilə nəticələnibdir.

Fələstinlilər mübarək ramazan ayının əvvəlndən bəri, sionist rejim hərbçilərinin bu ay münasibətilə işğal olunmuş Qüdsdə, xüsusən Məsciduləqsa-nın ətrafında mərasim və toplantının keçirilməsinə maneçilik törətməsinə görə, bir neçə dəfə sionist qüvvələrlə toqquşublar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*