?>

Şiə aktivisti Mail Kərimov anti-Şiə əliyevlər rejiminin itləri tərəfindən onu dubinka ilə zorlamaq istədiklərini açıqladı

Şiə aktivisti Mail Kərimov anti-Şiə əliyevlər rejiminin itləri tərəfindən onu dubinka ilə zorlamaq istədiklərini açıqladı

Mail Kərimov: “...Sonra torbanı üzümdən çəkib başımda saxladılar, məni videoya çəkdilər. Dedilər kameraya bax, de ki söz verirəm bir də məhkəmələrə getmiyəcəm. Mən ona görə söz verdim ki məni zorlamasınlar".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Şiə aktivisti olan, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Mail Kərimova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("bandotdel") əliyevlər rejiminin itləri tərəfindən işgəncə verildiyini bildirilir.

Bu barədə Mail Kərimov media qrumlarına bildirib.

O, açıqlamasında deyib: "Bandotdel-də şalvarımı əynimdən çıxardılar, alt paltarmı cırdılar. Dubinka ilə zorlamaq istəyirdilər. Qollarımı arxadan qandallamışdılar. Dedilər söz ver ki, bir də məhkəmələrə getmiyəcəm, yoxsa...
 

Sonra torbanı üzümdən çəkib başımda saxladılar, məni videoya çəkdilər. Dedilər kameraya bax, de ki söz verirəm bir də məhkəmələrə getmiyəcəm. Mən ona görə söz verdim ki məni zorlamasınlar".

P.S: Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Razi Hümbətoun məhkəməsində iştirak etmək üçün gələnləri polislər məhkəmənin bağından qovublar, 5 nəfəri -Ağaəli Yəhyayev, Mail Kərimov, İmran Məmmədov, Süleyman Ələkbərov, Elgiz Məmmədov 22-ci polis bölməsinə aparıblar.

Mail Kərimov və Süleyman Ələkbərov 22-ci polis bölməsindən bandotdel-ə aparılıb.

Ağaəli Yəhyayeva həmin günü Nəsimi məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə 30 sutka inzibati həbs cəzası verilib.

İmran Məmmədov və Elgiz Məmmədovun hər birinə bu gün Nəsimi məhkəməsində 30 sutka inzibati həbs cəzası verilib.


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*