?>
Dünyada İmam Hüseyn (ə) Əzadarlığı – İraq 2021

Seyyid Həmd: Allah bizdən Ədaləti bərpa etməyi istəyir. Gəlin İmam Hüseyn (ə) kimi zalımlara qarşı ayağa qalxaq.

Seyyid Həmd: Allah bizdən Ədaləti bərpa etməyi istəyir. Gəlin İmam Hüseyn (ə) kimi zalımlara qarşı ayağa qalxaq.

İmam Əli (ə) vəsiyyətində övladlarına məzlumların köməkçisi və zalımların düşməni olmağı söylədi. Bu rəvayətdə məzlum hansısa xas bir xalq və milliyyətlə məhdudlaşmır. Biz mütləq Məsum İmamlardan (ə) nümunə götürərək məzlumların yanında olmalı və ədaləti qurmalıyıq.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İraqın Divaniya əyalətinin görkəmli alimi Höccətül-İslam və Müslimin "Seyyid Həmd əl-Qarabi əl-Hüseyni" ABNA Xəbər Agentliyinə verdiyi müsahibədə Hüseyni ayinlərinin əhəmiyyətinə toxunaraq deyib: “Allah Qurani Kərimdə İlahi Ayinlərin yerinə yetirilməsini vacib buyurub. İmam Hüseynin (ə) şəhadətinin 40 -cı günü Ərbəin əzadarlığı da bu İlahi Ayinlərdən biridir ki, Əhli-beyt məktəbinin davamçılarının imanına işarədir.

İmam Hüseyn (ə) bizim üçün gözəl bir nümunədir və biz bu məsum İmamın ardınca gedəcəyik. İmam Hüseyn (ə) Cabirin Kərbəla səfərini ləğv etmək istəyinə cavab olaraq dedi ki, mənim, qardaşım İmam Həsənin (ə) vəzifəsindən başqa bir vəzifəm var, qardaşımın yanında 20 kişi olsaydı, Muaviyyə ilə barışmazdı. Mənim isə kənarımda 20-dən daha çox möhkəm insanlar vardır. İmam Hüseyn (ə) yoldaşları ilə birlikdə Kərbəlaya getdi, Əməvilər böyük bir qoşun göndərdilər. İmam Hüseyn (ə) Əməvilərin çoxlu ardıcıllarından qorxmadı, onlara qarşı vuruşdular və şəhid oldu.

İmam Hüseyn (ə) xalqı “Yaxşı işlərə əmr etdi və Pis işlərdən çəkindirdi”. Biz də ona tabe olmalıyıq. Hədisdə gəlib ki, hər kəs Haqqı tələb edən müsəlmanın səsini eşidə və ona kömək etməyə müsəlman deyil, hər kəs müsəlmanların işlərinə əhəmiyyət verməyə müsəlman deyil, tox yatan və qonşusu ac olan kəs müsəlman deyil.

Biz yalnız İmam Hüseynin şüarlarını yerinə yetirməklə kifayətlənməməliyik və bununla yanaşı hərəkət etməliyik. Allah bizim hərəkət etməyimizi istəyir, əsas əməldir. Və yalnız Onu təsbih etməklə iş bitmir, imanın saleh əməllərə ehtiyacı var və Allah bizdən Ədaləti bərpa etməyi istəyir. Gəlin İmam Hüseyn (ə) kimi zalımlara qarşı ayağa qalxaq.

İmam Əli (ə) vəsiyyətində övladlarına məzlumların köməkçisi və zalımların düşməni olmağı söylədi. Bu rəvayətdə məzlum hansısa xas bir xalq və milliyyətlə məhdudlaşmır. Biz mütləq Məsum İmamlardan (ə) nümunə götürərək məzlumların yanında olmalı və ədaləti qurmalıyıq.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*