?>
Qərbi Asiya Xəbərləri

Şeyx Həsən Nəsrullah Ayətullah Seyyid İbrahim Rəisini təbrik etdi

Şeyx Həsən Nəsrullah Ayətullah Seyyid İbrahim Rəisini təbrik etdi

Seyyid Həsən Nəsrullahın təbrik mesajının bir hissəsində belə gəlmişdir: “Mən sizə İran xalqının böyük əksəriyyətinin etimadını cəlb etdiyiniz üçün və tarixin həssas bir vaxtında İranın prezidentlik postuna seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik ərz edirəm.”

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Livan Hizbullah Müqavimət Təşkilatının Baş Katibi 21 İyun 2021 tarixdə bəyanat verərək Ayətullah Seyyid İbrahim Rəisinin prezidentlik postuna seçilməsi münasibəti ilə təbrik edib.

O, İran İslamidə keçirilən prezident seçkilərinin nəticəsinin elan edilməsinin ardınca tvitter səhifəsində “İbrahimə Salam Olsun” cümləsi ilə özünün ilk reaksiyasını göstərmişdir.

Seyyid Həsən Nəsrullahın təbrik mesajının bir hissəsində belə gəlmişdir: “Mən sizə İran xalqının böyük əksəriyyətinin etimadını cəlb etdiyiniz üçün və tarixin həssas bir vaxtında İranın prezidentlik postuna seçilməyiniz münasibəti ilə səmimi qəlbdən təbrik ərz edirəm.”

Seyyid Həsən Nəsrullah daha sonra yazıb: “Azadə və mübariz insanlar sizi təcavüzkarlar ilə üzləşməkdə özlərinə möhkəm dayaq hesab edirlər.”

Qeyd edək ki, Ayətullah Seyyid İbrahim Rəisi Hicri şəmsi təqvimi ilə 28 Xordad 1400-cü il (18.İyun.2021) Cümə Günündə keçirilən İranın 13-cü prezident seçkilərində 17 milyon 962 min səs çoxluğu ilə (seçiciləri 62%-nin səsini toplamaqla) xalq tərəfindən İran İslam Respublikasının 8-ci prezidenti olaraq seçilmişdir.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*