?>
Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Xəbərləri

Şeyx Əhməd Qəban: Qərb Şiə institutlarını zəiflətməyə çalışır /Ayətullah Ramazani: İngiltərə fitnəni alovlandırmağa çalışır

"Təəssüf ki, İngiltərə hər zamankından daha çox ifratçı Şiə və ekstremist sünni yetişdirir və gücləndirir. O, fitnə alovunu şölələndirməyə çalışır və hətta bəzi müfti və müctəhidləri öz dinlərinin yolundan yayındırıb. Biz şüurlu şəkildə fitnəçi düşmənin fitnələrindən diqqətli olmalıyıq.”

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani Livana səfəri zamanı Livan Şiə Ali Məclisinin mərhum sədri, mərhum Əllamə Əbdül Qəbanın oğlu Höccətül-İslam vəl-müslimin Şeyx Əhməd Qəbbanla görüşüb.

Şeyx Əhməd Qəban iclasın əvvəlində deyib: “Mənim atam mərhum Əllamə Əbdül Əmir Qəban həmişə bütün Şiə ölkələrinin iştirakı ilə Şiə fiqhi şurası yaratmağa çalışırdı ki, bu şura strateji olaraq Şiə nüfuzunu qoruyub saxlamağa çalışsın və il boyu Şiə işləri ilə məşğul olsun. Bir çox şiələr öz məsuliyyətlərini, işlərini və gələcəklərini müctəhidlərin rəy və fətvalarından təsirləndirirlər. Ümid edirəm ki, mərhum Əllamə Qəbanın planı Ayətullah Ramazaninin köməkliyi ilə reallaşacaq.

Ayətullah Ramazani deyib: "Təəssüf ki, İngiltərə hər zamankından daha çox ifratçı Şiə və ekstremist sünni yetişdirir və gücləndirir. O, fitnə alovunu şölələndirməyə çalışır və hətta bəzi müfti və müctəhidləri öz dinlərinin yolundan yayındırıb. Biz şüurlu şəkildə fitnəçi düşmənin fitnələrindən diqqətli olmalıyıq. Livan Şiə Ali Məclisi cəmiyyətdə iştirak etmək, digər din və məzhəblərlə ünsiyyət qurmaq üçün daha fəal rol oynamalı və interaktiv yol tutmalıdır.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*