?>

Seyran Ohanyan: “Qarabağda məğlubiyyətimizin səbəbkarı Rusiyadır”

Seyran Ohanyan: “Qarabağda məğlubiyyətimizin səbəbkarı Rusiyadır”

“Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan 44 günlük müharibədə ermənilərin məğlubiyyətinə görə birbaşa Rusiyanı günahlandırıb.

ABNA24 Xəbər Verir , Seyran Ohanyan erməni mediasına sensasion açıqlamasında  deyib: “Qarabağda məğlubiyyətimizin səbəbkarı Rusiyadır. 44 günlük müharibədən sonra ibrət dərsi çıxarmaq lazımdır. Bu müharibədə əsgər və zabitlərimizin xüsusi rəşadətini görə bilmədik. Ordumuz ancaq pərakəndə halda geri çəkilməklə məşğul idi. Peşəkar hərbçilər anladılar ki, onları aldadıblar”.

S.Ohanyanyanın sözlərinə görə, əgər indiki hakimiyyət ibrət dərsi almaq istəmirsə, o zaman xalqı öz birliyi ilə dərs almağa məcbur etmək lazımdır. 44 günlük müharibədə bizi meydanda tək qoydular. Reallıq budur Rusiya Ermənistanı satdı. Hesab edirəm ki, Qarabağdakı məğlubiyyətimizin səbəbkarı Rusiyadır. Çünki bizə verdikləri silahlar belə öz effektini göstərmədi”, – deyə Ohanyan əlavə edib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*