?>
Qərbi Asiya Xəbərləri

Seyid Həsən Nəsrullah: İran heç bir ölkə adından danışıqlar aparmır / Medianın qarşısını almaq ABŞ-ı ifşa etdi

Seyid Həsən Nəsrullah: İran heç bir ölkə adından danışıqlar aparmır / Medianın qarşısını almaq ABŞ-ı ifşa etdi

Seyid Həsən Nəsrullah: “Fakt budur ki, İran və Səudiyyə Ərəbistanı arasında son dövrdə aparılan danışıqlar yalnız ikitərəfli münasibətlərə yönəldilib. Bu danışıqların Livan hökumətinin qurulması ilə heç bir əlaqəsi yox idi. Vyanada İran, Livan kabinetinin formalaşdırılması da daxil olmaqla nüvə problemindən başqa hər hansı bir məsələni müzakirə etməyib. İran heç kimin adından danışıq aparmadığını sübut etmişdir. Dost və dost olmayan hər bir kəs İrandan kömək istərsə, İran heç bir köməyi əsirgəməz.”

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən,  Livan Hizbullah Müqavimət Təşkilatının baş katibi Seyyid Həsən Nəsrullah, 2021-ci il 25 iyul Cümə axşamı televiziya ilə etdiyi çıxışında Livanda və bölgədə baş verən ən əhəmiyyətli hadisə və dəyişilikləri araşdırıb.

ABŞ-ın Müqavimət hərakatına bağlı xəbər saytlarına girişin məhdudlaşdırılması ilə bağlı hərəkətinə toxunan Livan Hizbullah Müqavimət Təşkilatının baş katibi bunları söylədi: "Müqavimət təmayüllü saytların bloklanması təsadüfi deyil, çünki bu medialar “Qüds Qılıncı” adlı döyüşdə sionist düşmən qüvvələrinə və təkfirçi terror qruplarına qarşı qətiyyətli mövqe sərgiləyən və Fələstin xalqı ilə həmrəy olduqlarını bildirən media qurumlarıdır. Diqqət olunası məsələ isə odur ki, bu medianın bəziləri yalnız dini fəaliyyət göstərir və heç bir siyasi fəaliyyətləri yoxdur.

Seyyid Həsən Nəsrullah bildirib ki, ABŞ-ın saytları bloklamaq qərarı onun "demokratiya və ifadə azadlığı" iddialarında yalan olduğunu bir daha sübut etdi.

O, həmçinin ABŞ-ın müqavimət mədəniyyətinə və mərkəzinə aid media qurumlarına qarşı bu addımını "Amerika mediası təcavüzü" adlandırıb.

Livan Hizbullah Təşkilatının Baş Katibi əlavə edib: "Bəziləri İranın Hizbullahdan Vyana danışıqlarının nəticəsi və İran-Səudiyyə danışıqlarının nəticəsinə qədər yeni Livan hökumətinin qurulması prosesini müşayiət etməməsini xahiş etdiyini iddia edirlər." Bu, bəzi tərəflərin iddiasıdır.

O, əlavə edərək bildirib: “Fakt budur ki, İran və Səudiyyə Ərəbistanı arasında son dövrdə aparılan danışıqlar yalnız ikitərəfli münasibətlərə yönəldilib. Bu danışıqların Livan hökumətinin qurulması ilə heç bir əlaqəsi yox idi. Vyanada İran, Livan kabinetinin formalaşdırılması da daxil olmaqla nüvə problemindən başqa hər hansı bir məsələni müzakirə etməyib. İran heç kimin adından danışıq aparmadığını sübut etmişdir. Dost və dost olmayan hər bir kəs İrandan kömək istərsə, İran heç bir köməyi əsirgəməz.”

Hizbullahın baş katibi söhbətinin davamında qeyd edib: "Livan Hizbullahını yeni bir hökumətin qurulmasında təxribat etməkdə günahlandırmaq yalan, töhmət və böhtandır. Bu, Hizbullah'a qarşı açıq bir haqsızlıqdır. İnanırıq ki, ölkəni böhrandan çıxarmaq üçün hər kəs əl-ələ verərək yeni bir hökuməti qurmalıdır...”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*