?>

Sepah polkovnikinin şəhadətilə bağlı İslam Respublikası rəsmilərinin reaksiyası: Qırmızı xətti keçdiniz. Qisas mütləqdir!

Sepah polkovnikinin şəhadətilə bağlı İslam Respublikası rəsmilərinin reaksiyası: Qırmızı xətti keçdiniz. Qisas mütləqdir!

Bu gün İran İslam Respublikasının Prezidenti Ayətullah Seyyid İbrahim Rəisi terror hadisəsi üzrə tədqiqatın aparılmasını və düşmən qüvvələrindən qisasın alınmasının zəruriliyi haqda açıqlama verib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, dünən Tehranda anti-İslam inqilabçıları tərəfindən İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitinin şəhid edilməsindən sonra bu gün İran İslam Respublikasının Prezidenti Ayətullah Seyyid İbrahim Rəisi terror hadisəsi üzrə tədqiqatın aparılmasını və düşmən qüvvələrindən qisasın alınmasının zəruriliyi haqda açıqlama verib.

İran İslam Respublikasının "Milli Təhlükəsizlik Şurası"nın sədri, məsələnin araşdırılması üçün xüsusi "komitə yaradılması" barədə xəbər verib.

İslam Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli sözçüsü insidentin “ölçülərinin araşdırıldığını” açıqlayıb.Və İran İslam Respublikasının təhlükəsizlik mənbələrindən biri düşmənin bu addımını “qırmızı xəttin kəsişməsi” adlandırıb.

İran İslam Respublikası Prezidentinin İnformasiya Mərkəzinin məlumatına görə, Ayətullah Seyyid İbrahim Rəisi bazar ertəsi, mayın 23-çü səhər Omana səfər etməzdən əvvəl dünənki terror hadisəsi ilə bağlı bildirib ki, bu cinayətin arxasında imperialist qüvvələrinin və qlobal təkəbbür ünsürlərinin əli görünür.

O, İİR təhlükəsizlik rəsmiləri tərəfindən hadisə ilə bağlı ciddi araşdırmaların aparılmasını və düşmənə addekvat cavabların verilməsini göstəriş verib.

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*