?>

Sepah-ın PUA və HHM üzrə strateji nailiyyətlərinin təqdimatı olub

Sepah-ın PUA və HHM üzrə strateji nailiyyətlərinin təqdimatı olub

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın PUA və hava hücumundan müdafiə üzrə üç strateji, müdafiə və hərbi nailiyyəti təqdim olunub.

ABNA24 Xəbər Verir, üç xordad- «müqavimət, fədakarlıq və qələbə» günü ərəfəsində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Hoseyn Səlami və Sepah-ın hava-kosmos qüvvələrinin komandanı briqada generalı pasdar Əmirəli Hacızadənin iştirakı ilə keçirilən bir mərasimdə Sepah-ın qeyd olunan nailiyyətləri istifadəyə verilib.

35 saat fasiləsiz uça bilən,/ kəşfiyyat, döyüş və mühafizə sahələrində missiya müxtəlifliyinə malik olan «Qəzzə» tipli genişkorpuslu və superağır pilotsuz təyyarə, Sepah-ın ilk müdafiə nailiyyəti olub və general Səlami onun düzəldilməsi mərhələlərindən baxış keçirib.

Sürətli yerdəyişmə və mövqedə yerləşmə qabiliyyətli «Qüds» radar sistemi, həmçinin «Kruz», təyyarə bombası və müxtəlif tipli pilotsuz təyyarələr kimi cürbəcür təhdidlərlə yaxın məsafədən döyüş və onları məhvetmə bacarığına malik olan «9 Dey» tipli tamamilə İran məhsulu olan «yer-hava» raket sisteminin təqdimatı Sepah-ın baş komandanı tərəfindən təqdim edilən digər nailiyyətlərdən olub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*