?>

Sepah-ın ən yeni dəniz ballistik raketinin təqdimatı olub

Sepah-ın ən yeni dəniz ballistik raketinin təqdimatı olub

Sepah-ın hava-kosmos qüvvələrinin strateji bacarıqlar üzrə daimi sərgisində «Zülfüqar Bəsir» tipli ən yeni dəniz ballistik raketinin təqdimatı olub.

ABNA24 Xəbər Verir, Sərgi bu gün Tehranda açılıb.

İlk dəfə olaraq, bu sərgidə nümayiş etdirilən «Zülfüqar Bəsir» raketi 700 kilometrlik mənzillə dənizdəki hədəfləri nişan almaq qabiliyyətinə malikdir.

Bundan öncə İranın dəniz ballistik raketlərinin mənzili «Fars Körfəzi» və «Hormoz» raketləri ilə 300 kilometr elan olunmuşdu. Hazırda «Zülfüqar» raketindən «Zülfüqar Bəsir» tipinin nümayiş etdirilməsilə bu mənzil 700 kilometrə yüksəlibdir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin strateji bacarıqlar üzrə daimi sərgisində bu qüvvələrin raket, PUA, süni peyk, elektron müharibə, kəşfiyyat və hava hücumundan müdafiə sistemləri üzrə strateji qabiliyyətləri və nailiyyətlərinin bir hissəsi, eləcə də elmi-tədqiqat mərkəzlərinin nailiyyətləri sərgilənibdir.

Sərgidə həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuş amerikan və sionist kimi təcavüzkar pilotsuzlardan bir qrupu nümayiş etdirilir.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!