?>
Elm və Texnologiya

Sepah “Nura” adlı korona əleyhinə peyvəndini də təqdim etdi

Sepah “Nura” adlı korona əleyhinə peyvəndini də təqdim etdi

“Nora” korona əleyhinə peyvənd layihəsinin müdiri doktor Əmani, “Nora” peyvəndinin rekombinant DNA növü olduğunu bildirərək deyib: “Öldürülmüş viruslardan düzəldilən peyvəndlərdən fərqli olaraq, Nora peyvəndi çox təsirli və asanlıqla kütləvi istehsal edilə bilər.”

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, 27 İyun 2021 tarixdə Baqiyatallah Tibb Elmləri Universitetində Sepahın ixtira etdiyi rekombinant peyvəndinin təqdimat mərasimi keçirilib. Mərasimə İslam İnqilabı Keşikçiləri Korpusu -Sepahın Baş Komandanı General-mayor Hüseyin Salami, İslam Respublikasının Səhiyyə Naziri Səid Namaki də daxil olmaqla bir sıra dövlət rəsmiləri də qatılıblar.

Baqiyatallah (ə) Tibb Elmləri Universitetinin komandiri Hüseyn Əbülqasimi, Nora peyvəndini İmam Hüseyn (ə) Universitetinin iştirakı ilə istehsal olunan "yerli və milli" bir məhsul adlandırıb.

“Nora” korona əleyhinə peyvənd layihəsinin müdiri doktor Əmani, “Nora” peyvəndinin rekombinant DNA növü olduğunu bildirərək deyib: “Öldürülmüş viruslardan düzəldilən peyvəndlərdən fərqli olaraq, Nora peyvəndi çox təsirli və asanlıqla kütləvi istehsal edilə bilər.

O deyib: “İnşallah bu peyvəndin klinik sınaqlarından sonra onu asanlıqla İranda kütləvi şəkildə istehsal edə bilərik, ölkədə bunun üçün yaxşı bir infrastruktur var və bu uğur yerli alimlərin etibarını və yerli istehsala olan inamı göstərir.”

Qeyd edək ki, sözü gedən peyvənd İmam Hüseyn (ə) və Baqiyyatallah (ə) universiteti tədqiqatçılarının 16 aylıq işinin məhsuludur. Peyvənd protein tərkibli "rekombinantdır" və heç bir yan təsiri yoxdur.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*