?>

Sarı saçlı və mavi gözlü olmadıqları üçün dünya sakit qalıb, Sudanda qəbilələr arası toqquşmalarda 170-dən çox adam ölüb

Sarı saçlı və mavi gözlü olmadıqları üçün dünya sakit qalıb, Sudanda qəbilələr arası toqquşmalarda 170-dən çox adam ölüb

Ölkənin qərbində 5 ştatdan ibarət Darfur bölgəsində hər il yüzlərlə insan ölür, minlərlə insan tayfalararası qarşıdurmalara görə didərgin düşür.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Sudanın Darfur bölgəsində iki qəbilə arasında toqquşmalarda xeyli sayda insan ölüb.

Aprelin 24-də Kreynik bölgəsində afrikalı və ərəb tayfaları arasında baş verən toqquşmalarda 170-ə yaxın adam ölüb, onlarla insan yaralanıb.

Toqquşmalar nəticəsində minlərlə sakin yaxınlıqdakı şəhərlərə qaçmağa məcbur olub.

Ölkənin qərbində 5 ştatdan ibarət Darfur bölgəsində hər il yüzlərlə insan ölür, minlərlə insan tayfalararası qarşıdurmalara görə didərgin düşür. Əhalinin əlində çoxlu sayda fərdi silahın olduğu bölgədə tayfalar arasında torpaq, otlaq və su ehtiyatları üstündə qarşıdurmalar baş verir.

Sudandakı qəbilə münaqişələri 2019-cu ilin aprel hərbi çevrilişindən sonra qurulan keçid hökumətinin ölkədə hərtərəfli sülhə nail olması üçün əsas maneələrdən biri olaraq qalır. BMT-nin məlumatına görə, 2003-cü ildə Qərbi Sudanın Darfur bölgəsində hökumət qüvvələri ilə silahlı qruplar arasında başlayan toqquşmalarda 3 milyon insan didərgin düşüb, 300 mindən çox insan həlak olub.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*