?>

Sanders: "Wall Street"in başında duranlar həbs edilməlidirlər

Sanders:

"Wall Street"in öndə gələn korrupsioner və fırıldaqçı isimləri çirkli pulların yuyulması ittihami ilə həbs edilməlidirlər.

ABNA24 Xəbər Verir, tanınmış amerikalı senator Berni Sanders Tvitter hesabında belə yazıb.

Vermont ştatından senator Berni Sanders ABŞ-da kapitalizm quruluşu və "Wall Street"i kəskin tənqid edib.

ABŞ prezident seçkilərinin praymeriz rəqabətlərində Demokrat partiyasının namizədi öz Tvitter hesabında yazıb: "ABŞ-ın yoxsul vətəndaşlarını, xüsusilə qaradərililər və latın əsilliləri həbs etmək yerinə, gəlin "Wall Street"dəki fırıldağçı və dələduzları, qaçaqmalçılar, terrorçular və xarici korrupsioner rəsmilər üçün çirkli pulların yuyulmasına görə, cinayət məsuliyyətinə cəlb edək".

Sanders sosialist düşüncəyə malikdir və Amerikanın ədalətsiz kapitalizm quruluşunu dəfələrlə tənqid edib.

ABŞ-ın Vermont ştatının demokrat senatoru bu yaxınlarda bir Tvitdə, bu ölkədə son illərdəki sosial bərabərsizlik və az təminatlı təbəqələrin acınacaqlı iqtisadi vəziyyətini tənqid edib.

Sanders deyib: "Son 30 ildə təkcə bu ölkə əhalisinin yüzdə birinin sərvətlərinin 22 trilyon dollar artımının şahidi olduğu bir halda, amerikalıların yarıdan çoxunun sərvəti azalıbdır.

ABŞ-da koronavirusun yayılması bu ölkə xalqı üçün mənfi iqtisadi fəsadlar törədib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!