?>

Sahibkarlar üçün qanunların stabil qalması vacibdir

Sahibkarlar üçün qanunların stabil qalması vacibdir

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Vüqar Bayramov dəyişiklikləri tənqid edib:

ABNA24 Xəbər Verir,“Vergi daxilolmalarında dolayı vergilərin payı yenə yüksək olaraq qalmaqdadər.Büdcə daxilolmalarında ƏDV-dən gələn daxilolmalar mənfəət vergilərindən gələn daxilolmalardan yenə də çoxdur”,-deyə V.Bayramov bildirib.

Millət vəkili qanunvericilikdəki dəyişikliklərin biznes mühitinə mənfi təsirindən danışıb: “Biznes və sahibkarlar üçün qanunvericiliyin və qaydaların uzunmüddətli dövrdə stabil qalması daha vacibdir.

Vüqar Bayramov Təqdim edilən dəyişikliklərin səhifə sayına görə Vergi Məcəlləsinin səhifələrinin sayından çox olduğuna diqqət çəkərək deyib: Daha uzun dövrü əhatə edən yeni Vergi Məcəlləsi hazırlanmalı, yeni Məcəllə orta hesabla 10 il ərzində sabit qalmalıdır”.

Deputat maliyyə sanksiyalarının differensial olmasını təklif edib: “Sanksiyalar sahibkarın fəaliyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən avtomobillərin idxalı ilə bağlı vergilərin yüksək olması Azərbaycanda avtomobil parkının köhnəlməsinə gətirib çıxarıb.”,- deyə Vüqar Bayramov bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*